Erməni qızı Azərbaycan bayrağının fonunda mahnı oxudu - VİDEO


18:46     30 Aprel 2018 18_04_30_1525085232.jpg


Ukraynanın “Səs” yarışmasının iştirakçısı Srbui Sarqsyan müsabiqənin finalı üçün siyasiləşdirilmiş çıxış hazırlayıb. Ancaq erməni ifaçının prodüserinin ideyası onları pis vəziyyətdə qoyub.

Femida.az Oxu.Az-a istinadən xəbər verir ki, Sarqsyan “Rag'n'Bone” qrupunun “Human” hitini ifa edib.

Çıxış zamanı müğənninin arxa fonunda müxtəlif ölkələrin daxili siyasi həyatındakı kadrlar nümayiş olunub. Kadrlar arasında Ukraynadakı “Maydan”dan, Ermənistandakı Məxməri İnqilabdan görüntülər yerləşdirilib.

Ancaq çıxışın sonuna yaxın erməni ifaçı Azərbaycan bayrağı fonunda ifasını bitirib. Həmçinin, sonda kadrlarda Azərbaycan bayrağının rənglərinin əks olunduğu #human həştəqi də görünür.

Srbuinin komandası bu məsələdə təşkilatçıları ittiham ediblər.


Femida.az

Açar sözlər: #erməni   #qız   #Azərbaycan   #bayraq   #Ukrayna  

Oxunub: 6326