Qəbələdə əmək yarmarkası keçirilib


02:08     24 Sentyabr 2015 8a25ed430956f351f27f25b145da822b.jpg

Qəbələ rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə növbəti əmək yarmarkası keçirilib.


Rayon mədəniyyət mərkəzində keçirilən tədbirdə iştirak edən vətəndaşlara 41 müəssisə və təşkilat tərəfindən 219 boş iş yeri təqdim olunub. Təşkilatlardan 35-i dövlət, 6-sı özəldir. Boş iş yerlərinə görə 114-624 manat məbləğində əmək haqqı təklif edilib. Yarmarkada iştirak edən 485 nəfər işaxtaran vətəndaşdan 100-ü öz istəyinə və ixtisasına uyğun işə göndəriş alıb.

Qeyd edək ki, ötən 9 ay ərzində Qəbələ rayon Məşğulluq Mərkəzi iş axtaran 472 nəfərin müraciətini qeydiyyata alıb və 190 nəfəri işlə təmin edib.

Açar sözlər:

Oxunub: 589