İlham Əliyev yol tikintisinə pul ayırdı - Sərəncam


21:57     30 Aprel 2018 ilham-eliyev%20(1).jpg

Prezident İlham Əliyev aprelin 30-da “Goranboy rayonunun Dəliməmmədli–Quşçular–Fəxralı–Qurbanzadə–Alpout avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Femida.az xəbər verir ki, on iki min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli–Quşçular–Fəxralı–Qurbanzadə–Alpout avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Femida.az

Açar sözlər: #Prezident   #İlham-Əliyev  

Oxunub: 861