Bazarın ortasında gənc qızı öldürdülər - Bakıda dəhşətli QƏTL


15:21     01 May 2018 aabicaq251.jpg


Paytaxtın Nərimanov rayonunda qətl hadisəsi qeydə alınıb.

Femida.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün saat 10:00 radələrində “Şərq” bazarı yaxınlığında baş verib.

Şəxsiyyəti hələ istintaqa məlum olmayan gənc qız bıçaqlanaraq öldürülüb, onun yanındakı oğlana isə ağır xəsarət yetirilib.

Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırma aparır.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Femida.az

Açar sözlər: #Bakı   #bazar   #kriminal   #cinayət   #ölüm   #bıçaqlanma  

Oxunub: 4505