Şəkidə “yaşıl soyqırım” – Nazirlik işə qarışdı
15:30 01 May 2018
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.
ETSN-dən Femida.az-a verilən məlumata görə, reyd zamanı Şəki-Oğuz magistral avtomobil yolunda “Qazel” markalı 09-BM-938 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 2 kub.m həcmində fıstıq cinsli işlik meşə materialının aparıldığı aşkar edilib.
Araşdırma zamanı avtomobilin Şəki rayonu Aşağı Kəldək kənd sakini Elturan İsmayılzadəyə məxsus olduğu müəyyən edilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və 300 manat məbləğində ziyan tətbiq edilib. Qanunsuz yolla əldə edilmiş meşə materialı mühafizə olunması üçün Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə təhvil verilib.
Meşə materialının haradan gətirilməsini müəyyən etmək üçün araşdırma aparılır.
Femida.az
Oxunub: 1637
Oxşar xəbərlər
- Ekologiya və təbii sərvətlər naziri beynəlxalq ictimaiyyətə çağırış edib
- Prezident Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərini təltif edib - SİYAHI
- Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni səlahiyyət verilib
- Bakıya qar nə vaxt yağacaq? - Ekologiya Nazirliyi açıqlama verdi
- Qarabağ üzrə Ekologiya və Təbii Sərvətlər İdarəsi təsis edilib
- İşğalçılar Qarabağda ekologiyaya ziyan vuran obyektlər inşa ediblər - RƏSMİ
- Sumqayıtda ekologiyanı pozan şirkət 8000 manatadək cərimələnəcək
- Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat olub
- DYP-nin “Ekologiya postu" sökülür
- Muxtar Babayev və müavinləri vətəndaşları qəbul edib