Bakıda müəllim birinci sinif şagirdini döydü - İDDİA + VİDEO


16:00     01 May 2018 18_05_01_1525161448.jpg


Ötən gün Bakının mərkəzində yerləşən 189-190 saylı orta məktəbdə sinif rəhbəri I sinif şagirdini döyüb.

Femida.az xəbər verir ki, hadisə barədə uşağın valideyni Xanım Əliyeva sosial şəbəkə hesabında məlumat yayıb.



O, qızının qələminin pastasını partanın üzərinə tökdüyü üçün müəllimə tərəfindən döyüldüyünü iddia edib. Valideyn qızının şəklini paylaşaraq, bu sözləri yazıb:

“Məktəblərdə özbaşınalıq, rüşvət baş alıb gedir. Direktor da bunu bilir və göz yumur”.

Bu gün döyülən övladı ilə məktəbə yollanan ana müəllimədən direktora şikayət etdiyini və lazımi tədbirlərin görüləcəyini bildirib:

“Müdiriyyətin yanına yaxınlaşdım və şikayətimi etdim. Hazırda qızımın alnında şiş olduğu kimi qalsa da, öz işimi gördüm. Ümidvaram ki, iş bu yerdə qalmayacaq.

Bütün valideynlərə səslənib deyirəm ki, özbaşınalığın qarşısını almaq üçün övladlarınıza diqqət yetirin”.

Qeyd edək ki, uşağı döyülən valideyn özü də məktəbəqədər təhsil müəssisəsində müəllimə kimi çalışır.

Femida.az

Açar sözlər: #Bakı   #müəllim   #şagird   #valideyn   #döyülmə  

Oxunub: 2816