Qonaq getdiyi kənddə bıçaqlandı


16:07     01 May 2018 bicaq1.jpg

İsmayıllı rayonunun Xanagah kəndində bıçaqlanma hadisəsi baş verib.


Femida.az-ın xəbərinə görə, həmin kəndə qonaq gələn Cülyan kənd sakini 1986-cı il təvəllüdlü Xəlilov Tural Fəzail oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Ağır xəsarətlər alan Tural Xəlilov təcili tibbi yardım stansiyasının avtomobili ilə əvvəlcə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, sonradan vəziyyəti ağırlaşdığı üçün Bakıya aparılıb. Hadisəni törədən şəxsin kimliyi hələ ki, məlum deyil. Onun tapılması üçün polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: #İsmayıllı   #Polis   #Xanagah  

Oxunub: 1061