Gerbimiz dəyişdirilir - QƏRAR


16:43     01 May 2018 2018/05/gerb_1525164550.jpg



Femida.az xəbər verir ki, Konstitusiya qanunu layihələri barədə millət vəkili Əli Hüseynli məlumat verib.

Ə.Hüseynli bildirib ki, Azərbaycan Konstitusiyasında dövlət himni, gerbi və bayrağı ilə bağlı tələblər əks olunub. Konstitusiya tələb edir ki, dövlət rəmzləri Konstitusiya ilə təsdiq edilsin: “Dövlət bayrağının təsviri ilə bağlı yenilik yoxdur. Gerbin sxematik təsvirində rənglərlə bağlı dəyişiklik var. Himnin sözləri və musiqisində heç bir dəyişiklik yoxdur. Sadəcə himnin musiqisi çoxsəsli vokal instrumental əsərikimi təqdim edilib”.

Qanun layihələri səs qoyularaq qəbul edilib.

Femida.az

Açar sözlər: #Gerb   #Konstitusiya   #Azərbaycan  

Oxunub: 6006