Yeni sədr "Qaçqınkom"un mətbuat katibini işdən çıxardı


20:13     01 May 2018 18_05_01_1525176792.jpg


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin daha bir departament direktoru işdən çıxarılıb.

Femida.az xəbər verir ki, bununla bağlı Dövlət Komitəsinin sədri Rövşən Rzayev əmr imzalayıb.

Əmrə əsasən, qurumun Beynəlxalq Əməkdaşlıq, İctimiayyət və Mətbuat Xidməti Departamentinin direktoru Elçin Qədimov vəzifədən azad olunub.

Dövlət Komitəsinin Beynəlxalq Əməkdaşlıq, İctimiayyət və Mətbuat Xidməti Departamentinin direktoru vəzifəsinə hələlik təyinat olmayıb.

Qeyd edək ki, bundan əvvəl Dövlət Komitəsi sədrinin köməkçisi Əkbər Əkbərov, qurumun Mənzil istismar departametinin direktoru Akif Mirzəyev və Repatriasiya Departamentinin direktoru Elman İsmayılovişdən çıxarılıblar.

Xatırladaq ki, prezident seçkilərindən sonra hökumətin formalaşdırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Rövşən Şükür oğlu Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Femida.az

Açar sözlər: #qaçqınkom   #iş   #mətbuat_katibi   #Rövşən_Rzayev  

Oxunub: 1804