Sabunçuda qəza - Sürücü öldü


13:18     02 May 2018 qeza_yeni.jpg

Bakı şəhərinin Sabunçu rayonunda "Volkswagen" markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb.



Femida.az FHN-ə istinadən xəbər verir ki, bu haqda nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sərnişinin sıxılmış vəziyyətdə qalmış cəsədini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər: #Qəza   #Sabunçu   #DİN   #Hadisə  

Oxunub: 555