ABŞ-da güclü yanğın: 3 min insan evsiz qaldı


14:45     24 Sentyabr 2015 59906065ab048fb76025194341b4324b.jpg


ABŞ-ın Kaliforniya ştatında meşə yanğınlarının vurduğu ziyan yüz milyon dollarlarla ölçülür.

Femida.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, sentyabrın 12-dən
Leyk, Napa və Sonopa dairələrində tüğyan edən güclü yanğınlar 28,4 min hektarı əhatə edib.

İlkin hesablamalara əsasən, yanğın 1 238 yaşayış evi daxil olmaqla 1 900 tikilini məhv edib, 3 minə yaxın adam evsiz qalıb. Sentyabrın 23-də Kobb yaşayış məntəqəsində, yanıb külə dönmüş evlərin birində naməlum kişi cəsədi aşkarlanıb. O, təbii fəlakətin sayca 6-cı qurbanı olub. Daha 3 nəfər itkin düşmüş hesab edilir.

Qeyd edək ki, prezident Barak Obama iKaliforniyanın şimalını təbii fəlakət zonası elan edib.

Açar sözlər:

Oxunub: 749