Hansı ali məktəbin məzunu daha yaxşı nəticə göstərir? - STATİSTİKA
14:49 02 May 2018
Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin 22 aprel tarixində keçirilmiş test imtahanında 47 ali təhsil müəssisəsinin məzunları iştirak ediblər
DİM-dən Femida.az-a daxil olan məlumata görə, imtahanda daha çox Azərbaycan Dövlət İqtisad Universitetinin və Bakı Dövlət Universitetinin məzunları iştirak ediblər.
İmtahanda 73.3%-i müvəffəqiyyət əldə edən Azərbaycan Turizm İnstitunun məzunları ən yüksək nəticəni göstərib. Belə ki, Turizm İnstitunun 15 məzunundan 11 nəfər sertifikat almaq üçün tələb olunan balı toplamışdır.
Azərbaycan Dövlət Neft Akademiyası məzunlarının 56.1%-i, Bakı Dövlət Universitetinin məzunlarının 53.1%-i, Azərbaycan Dövlət Aqrar Universiteti məzunlarının 52.9%-i, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 50.9%-i, Sumqayıt Dövlət Universitetinin məzunlarının 50%-i imtahandan uğurla keçib.
Femida.az
Oxunub: 1318
Oxşar xəbərlər
- Jurnalistikaya qəbul olmaq istəyənlər qabiliyyət imtahanı verəcək
- Hərbi liseylərə qəbul imtahanı keçiriləcək
- XİN-də işə qəbul imtahanlarının nəticələri açıqlanıb
- DİM 25 339 abituriyent üçün qəbul imtahanı keçirəcək
- MİQ üzrə test imtahanı mərhələsi başlayıb
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir
- DİM iyulun 6-7-də imtahan verəcək abituriyentlərə müraciət edib
- Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb
- Doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və fəlsəfə doktoru imtahanları keçirilib