Polisi qətlə yetirən azərbaycanlının işi məhkəmədə
15:28 24 Sentyabr 2015
Moskva Prokurorluğu 49 yaşlı Azərbaycan vətəndaşı Xəlil Sarıyevə qarşı cinayət işi üzrə ittiham qərarını təsdiq edib.
"Report" "Procrf.ru" portalına istinadən xəbər verir ki, o, istintaq orqanları tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 317-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə ittiham olunur.
Müəyyən edilib ki, 2014-cü il aprelin 6-na keçən gecə Xəlil Sarıyev qəsdən adam öldürməyə görə axtarışda olan tanışı Hüseyn Xəlilov ilə Moskva şəhəri, Radujnaya küçəsində kirayə tutduğu mənzildə olub.
Həmin zaman Xəlilovun tutulmasına yönəlmiş operativ əməliyyat tədbirləri çərçivəsində göstərilən ünvana Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları gəlib.
Əməliyyatçıların dəfələrlə tələbindən sonra onlar mənzilin qapısını polislərin üzünə açıblar. Polis kapitanı Sergey Jadobkin özünü təqdim edərək əlində silah dəhlizə daxil olduqda, mətbəxdə olan Sarıyev Xəlilovun tutulmasını əngəlləmək məqsədi ilə onu ov tüfəngi ilə vurub. Zərərçəkən aldığı odlu silah yaralarından hadisə yerində keçinib. Sarıyev və Xəlilov isə onun həmkarları tərəfindən saxlanılıb.
Rusiya prezidentinin 14 oktyabr 2014-cü il tarixli fərmanı ilə polis kapitanı Sergey Jadobkin ölümündən sonra Cəsurluq ordeni ilə təltif edilib.
Sarıyev barəsində açılan cinayət işi mahiyyəti üzrə baxılması üçün Moskva şəhər məhkəməsinə göndərilib.
Moskva vilayəti Krasnoqorski şəhər məhkəməsinin 11 dekabr 2014-cü il qərarı ilə Xəlilov 7,5 il müddətinə azadlıqdan məhrum edilib.
Oxunub: 856
Oxşar xəbərlər
- Polisi aldadanlar cərimələnəcək
- Polisin evini yaranlar tutuldu - Qohumlar imiş
- Polisi güllələyən şəxs iş adamının qardaşıdır
- Polisi görüb, narkotiki maşından çölə atdı
- Polisin öldüyü qəzanın görüntüsü yayıldı - Video
- Polisin müsadirə etdiyi alkoqolu siçovullar içdi
- Polisin üzərinə kimyəvi məhlul atdı - Özünü də öldürdü
- Polisi bomba ilə aldadan şəxs tutuldu - Ağdamda
- Polisin axtardığı cinayətkar şkafdan çıxdı
- Polisinin avtomobilini çəkiclə əzən şəxsə hökm oxundu