Vilayət Eyvazovun hesabatı müzakirə edilir


18:35     02 May 2018 Milli-meclis-1.jpg

Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclası keçirilir.

Femida.az xəbər verir ki, iclasda Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2017-ci il üzrə illik məlumatı müzakirə olunur.

İclasda Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi İlkin Qurbanov da iştirak edir.

Qeyd edək ki, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2017-ci il üzrə illik hesabatı Milli Məclisin mayın 4-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. Hesabatı Azərbaycanda İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin birinci müavini, general-leytenant Vilayət Eyvazov təqdim edəcək.

Femida.az

Açar sözlər: #Azərbaycan   #İnsan   #Alver  

Oxunub: 1207