90 nəfər vəkil andı içdi - Kollegiyanın tarixində özəl gün (FOTOLAR)

90 nəfər vəkil andı içdi - Kollegiyanın tarixində özəl gün (FOTOLAR)

15:52     02 May 2018 2018/05/_mg_7022_1525261902.jpg

Ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər çərçivəsində vəkillik institutunun inkişaf etdirilməsi istiqamətində aparılan tədbirlər davam etməkdədir.


Femida.az xəbər verir ki,Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Kollegiyaya yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunub. Bu məqsədlə hazırda vəkilliyə qəbul üzərə namizədlərin sənəd qəbulu, habelə 28.01.2018-ci il tarixdə keçirilmiş yazılı test imtahanlarını uğurla keçmiş namizədlərlə şifahi müsahibələr aparılmaqdadır.

Bugün – mayın ayının 2-də Hyatt Regency mehmanxanasında ilk dəfə olaraq Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, yerli və beynəlxalq təşkilatların və KİV nümayəndələrinin iştirakı ilə keçirilən iclasda ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş 90 nəfər vəkilliyə namizədin təntənəli andiçmə mərasimi keçirilmişdir. Tədbir BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəyi ilə təşkil olunmuşdur.




Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbirdə açılış nitqi ilə çıxış edərək, vəkillik institutunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və gələcək planlar, Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının bu baxımdan xüsusi əhəmiyyət kəsb etməsi, bu çərçivədə ölkədə fəaliyyət göstərən vəkillərin sayının savadlı və peşəkar hüquqşünaslar hesabına artırılmasının önəmi barədə danışmış, o cümlədən, vəkilliyə qəbulla bağlı keçirilən ixtisas imtahanlarını uğurla keçmiş və icbari təlimi tamamlamış namizədləri bu münasibətlə təbrik etmiş, onlara gələcək peşə fəaliyyətlərində müvəffəqiyyətlər arzulamışdır.



Daha sonra, peşəyə buraxılan 90 nəfər vəkilliyə namizəd qanunvericilklə nəzərdə tutulmuş qaydada vəkil andı içmiş, onlara yeni nəsil Vəkillər Kollegiyası üzvünün vəsiqəsi təqdim edilmişdir.




İclasda həmçinin Vəkillər Kollegiyasının sədri Anar Bağırova və Bakı şəhəri 5 saylı hüquq məsləhətxanasının müdiri, vəkil Eleanora Rəcəbovaya Rusiya Vəkillər Gildiyasının rəsmisi tərəfindən Gildiyanın təltifi olan “Rusiyanın fəxri vəkili” döş nişanları təqdim olunmuşdur.

İclas öz işini təşkilati və cari məsələlərin müzakirəsi ilə davam etdirmişdir.

Açar sözlər: #Vəkil   #Hüquqşünas   #Məhkəmə   #hakim   #Vəkillər_Kollegiyası  

Oxunub: 5275