Mingəçevirdə kimyəvi zəhərlənmə: 5 nəfər xəstəxanalıq oldu


01:13     03 May 2018 zeherlenme.png

Mingəçevir Sənaye Parkında zəhərlənmə hadisəsi baş verib.


Hadisə"Mingəçevir Tekstil” MMC-nin sexlərinin birində iş prosesi zamanı qeydə alınıb.

Belə ki,əməkdaşlardan ən azı 5-6 nəfərin halı pisləşib və onlar huşsuz vəziyyətə düşüb.

Durumu ağır olan şəhər sakinləri - 1980-ci il təvəllüdlü Gülnarə Nurəddin qızı Hüseynova, 1976-cı il təvəllüdlü Lalə Oruc qızı Hüseynova, 1983-cü il təvəllüdlü Vidadi Yaqub oğlu Mehdiyev və Yevlax rayon sakini, 1993-cü il təvəllüdlü Yaşar Vasif oğlu Bəkirov xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, zəhərlənməyə iş prosesində tətbiq edilənkimyəvi maddənin təsiri olduğu bildirilir.

Femida.az

Açar sözlər: #Mingəçevir   #Sənaye   #Park   #zəhərlənmə  

Oxunub: 1499