Dərman reklamı qadağan edilsin - TƏKLİF


16:59     03 May 2018 sehiyye%20naz.jpg

Azərbaycanda dərman vasitələrinin reklamının qadağan edilməsi təklif edilir.

Femida.az-ın məlumatına görə, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında çıxış edib.

O qeyd edib ki, dərmanların reklamı alkoqollu içkilərin və siqaretin reklamından da təhlükəlidir: “Bu, Avropada da həssas məsələdir və məhdudiyyətlər var. Bizdə də buna yenidən baxılamlı və məhdudlaşdırmalıyıq. Çünki son vaxtlar baş verənlər buna kifayət qədər əsas verir”.

Femida.az

Açar sözlər: #Dərman   #Səhiyyə   #Reklam  

Oxunub: 1216