Jurnalistə hücum oldu, kamera sındırıldı - VİDEO


16:59     03 May 2018 11dava%20polis.jpg


Space Tv-də yayımlanan "Olar? Olmaz!" verilişinin aparıcısına yenə də hücum edilib. 1 may tarixində yayımlanan buraxılış yaşayış binalarının alt hissəsində fəaliyyət göstərən kafelərlə bağlı olub. Belə ki sakinlər televiziyaya müraciət edərək, artıq təngə gəldiklərini və hər gün musiqi və söyüşlərdən bezdiklərini bildiriblər. Daha sonra teleaparıcı binanın aşağı mərtəbələrində fəaliyyət göstərən kafelərə yollanıb. Görüntülərdən də gördüyünüz kimi kafelərin sahibləri çəkilişin məqsədini bilər bilməz hücuma keçirlər. "Qarabağ" kafesinin sahiblərindən sayılan bir nəfər şəxs isə aparıcı və operatora hücum edir və kameraya zədə yetirir. Veriliş həftə içi hər gün saat 19:55 də Space Tv-də yayımlanır.İnformasiya dəstəyi Femida.az saytına məxsusdur.



Açar sözlər: #Femida   #Video   #Polis   #Jurnalist   #kriminal  

Oxunub: 3598