Həkimlər və aptek sahibləri DİQQƏT!! - Nazirlikdən XƏBƏRDARLIQ
17:55 03 May 2018
"Avropanın bir çox ölkələrində olduğu kimi, artıq Azərbaycanda da bioloji aktiv maddələrdən geniş istifadə olunur. Təbii ki, bu maddələr dərman vasitələri deyil".
Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.
Onun sözlərinə görə, istehsalçılara da qanunla tələb qoyulub ki, bioloji aktiv maddələrin üzərində onların dərman vasitəsi olmadıqları bildirişi qeyd olunsun: "Əgər həkimlər resept yazarkən bu maddələrin adlarını reseptə əlavə etsələr, onlar barəsində inzibati qaydada məsuliyyət tədbiri (cərimə) görüləcək. Çünki onlar dərk edilməlidir ki, bioloji aktiv maddələr qida əlavəsi olduğundan müalicə məqsədi ilə istifadə olunmur. Xəstəliklərin müalicəsində isə sırf dərman preparatlarından istifadə edilməlidir".
E.Əzizov qeyd edib ki, dərmanlar reseptdə beynəlxalq patentləşdirilməmiş adla yazılmalıdır: "Lakin ölkədə hələ də reseptlərdə dərmanların adları belə qaydada yazılmır və reseptlərdə dərmanların ticari adla yazılması həkimlər tərəfindən davam etdirilir. Həkimlərə müraciət edərək bildiririk ki, hər bir həkim reseptlərdə dərmanların adını beynəlxalq patentləşdirməmiş adı ilə qeyd etsinlər. Bu qaydalara apteklər də riayət etməlidir. Yəni, onlar da tələblərlə yazılmayan reseptlərlə dərman satmamalıdırlar".
Sektor müdiri bildirib ki, bu gün əczaçılıq şirkətləri həkimlərlə razılaşmalar əldə edirlər: "Bu cür neqativ halların qarşısını almaq üçün həkimlərin reseptlərdə dərmanları ticari adla yazmasına icazə verilmir. Pasiyent apteklərdə reseptə yazılan patentləşdirilməmiş ada uyğun olaraq dərmanları seçməlidir. Əczaçılıq fəaliyyətinin tələblərinə riayət etməyənlər barədə məsuliyyət tədbirləri görüləcək. Əgər tələblərə riayət edilməməklə bağlı nazirliyə hansısa şikayət və ya müraciət daxil olarsa pozuntuya yol verən şəxs cərimələnəcək".
Femida.az
Oxunub: 1415
Oxşar xəbərlər
- Səhiyyə Nazirliyi Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib
- Səhiyyə naziri valideynlərə müraciət edib
- Səhiyyə Nazirliyi yuxu və qida rejimi ilə bağlı sürücülərə müraciət edib
- Bir qrup səhiyyə işçisi təltif edilib - SİYAHI
- Əli Əsədov Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru ilə görüşüb
- Səhiyyə Nazirliyinin səlahiyyətlərindən biri alınaraq TƏBİB-ə verilib
- DİQQƏT! "Meymun çiçəyi" virusu bu yolla yayılır - Səhiyyə Nazirliyi açıqlama yaydı
- Səhiyyə naziri: “Pandemiyanın sona çatdığı elan oluna bilər”
- Səhiyyə naziri qapalı məkanlarda maska tələbinin ləğvi məsələsinə münasibət bildirib
- Səhiyyə qurumları “Peyvənd sertifikatı” ilə bağlı əhaliyə çağırış edib