İyunda ardıcıl 5 gün iş olmayacaq


19:25     03 May 2018 teqvim%20bayramıı.jpg

İyun ayında Azərbaycan xalqının Milli Qurtuluş günü və Ramazan bayramı ilə əlaqədar ardıcıl 5 qeyri-iş günü olacaq.


İyunun 15-də Milli Qurtuluş günü ilə əlaqədar qeyri-iş günüdür.

Ayın 15-16-da isə ölkədə Ramazan bayramı qeyd olunacaq. Əmək Məcəlləsinə əsasən, iyunun 15-də Milli Qurtuluş günü ilə Ramazan bayramı eyni günə düşdüyündən, bundan başqa, iyunun 16-sı da şənbə gününə təsadüf etdiyindən ayın 18-19-da da iş olmayacaq.

Beləliklə, ölkədə ardıcıl - iyunun 15-i, 16-sı, 17-si (bazar günü), 18-i, 19-u qeyri-iş günüdür. Növbəti iş günü iyunun 20-də olacaq. İyunun 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü olduğundan həmin gün qeyri-iş günüdür. (report)

Femida.az

Açar sözlər: #İyun   #Qeyri-iş   #Silahlı   #Qurtuluş  

Oxunub: 1489