Xadimə evdən 20 min manatlıq qızıl oğurlandı


20:25     03 May 2018 qadin%20ogurluq.jpg


Abşeronda evdən 20 min manatlıq qızıl oğurlanıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, mayın 1-də nazirliyin “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Abşeron rayon sakini olan qadın mənzilindən qızıl əşyalarının oğurlandığını bildirib.

Dərhal Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Xırdalan şəhərindəki həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, aprel ayının 15-də həmin mənzildən 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun həmin evdə xadimə işləyən Xırdalan şəhər sakini Zivər Rəhimova tərəfindən oğurlandığına əsaslı şübhələr yarandığından o, saxlanıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: Qadın   Cinayət   Həbs  

Oxunub: 1109