Sabah Abşeronun bəzi hissələrində qaz olmayacaq


23:21     03 May 2018 qaz7.jpg

Sabah Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.


“Azəriqaz” İstehsalat Birliyindən Femida.az-a verilən məlumata görə, qaz tənzimləyicinin təmiri ilə əlaqədar, “Müşviqabad” Qaz Paylayıcı Stansiyasında “Sulutəpə-Xırdalan” ölçü qovşağı üzərində quraşdırılmış “Müşviqabad Daxili” ölçü qovşağından qidalanan “Sulutəpə-Xırdalan” orta təzyiqli qaz xəttindən qaz təchizatı mayın 4-də saat 10:00-dan təmir işləri tamamlananadək dayandırılacaq.

Təmir müddətində Abşeron rayonunun, Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək, Çiçək, Şağan və Aşağı Şagan qəsəbələrində, həmçinin Qaçqınlar şəhərciyi ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB-yi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Açar sözlər:

Oxunub: 841