FİFA prezidenti İlham Əliyevi təbrik edib
00:12 04 May 2018
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti Canni İnfantino Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Femida.az -ın məlumatına görə, təbrik mətnində deyilir:
"Hörmətli cənab Prezident.
Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti kimi öz adımdan və bütün futbol ictimaiyyəti adından təbrik edirəm.
İnanıram ki, son illərdə Azərbaycanın sabitliyinə və iqtisadi inkişafına verdiyiniz mühüm töhfələr, idarəçilik qabiliyyətiniz və yüksək insani keyfiyyətləriniz Azərbaycan Respublikasının Prezidenti kimi qarşınızda duran vəzifələrin həllində Sizə kömək edəcək və ölkənizin sabit inkişafına müsbət təsir göstərməkdə davam edəcək.
Fürsətdən istifadə edərək, həmçinin ölkənizdə futbolun geniş yayılmasını təmin etmək, eləcə də futbolun müxtəlif mədəni və ictimai maneələrin aradan qaldırılmasında əhəmiyyətini nümayiş etdirmək və bu idman növünü hamı üçün əlçatan etmək istiqamətindəki səylərinizə və dəstəyinizə görə Sizə səmimi təşəkkürümü bildirmək istəyirəm.
Sizə ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm. Ən qısa zamanda yenidən görüşüb Sizi şəxsən təbrik etməyi arzulayıram".
Oxunub: 809
Oxşar xəbərlər
- FİFA beynəlxalq oyunlarda Rusiya bayrağı və himninin istifadəsini qadağan edib
- FİFA prezidentinə cinayət işi açılıb
- FİFA-nın keçmiş rəhbəri barəsində yeni araşdırma başlandı
- FİFA-dan “Qarabağ”a məktub
- FİFA-nın yeni prezidenti də həbs olunacaq?
- FİFA Misiri cəzalandırdı - Yoxlama görüşünə görə
- FIFA prezidentindən Rövnəq Abdullayevə başsağlığı
- FIFA prezidentliyə namizədi futboldan uzaqlaşdırdı