CHP-nin prezidentliyə namizədi bəlli oldu


15:22     04 May 2018 2018/05/muharrem_1525418650.jpg

Türkiyədə keçiriləcək prezident seçkilərində Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədinin adı açıqlanıb.

Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partiyanın mayın 4-də keçirilən bağlı iclasında Muharrem İncenin prezidentliyə namizəd olmasına dair qərar qəbul edilib. Artıq paytaxt Ankaranın küçələrində Muharrem İncenin portretləri asılır.

Qeyd edək ki, Ədalət və İnkişaf Partiyasından fəaliyətdə olan prezident Rəcəb Tayyib Ərdoğan, İYİ Partiyadan Meral Akşener, “Səadət” Partiyasından Temel Karamollaoğlu, Xalqların Demokratik Partiyasından isə Selahattin Demirtaşın prezidentliyə namizədliyi irəli sürülüb.

Femida.az

Açar sözlər: #CHP   #Prezident   #Namizəd  

Oxunub: 1211