Ərzaq məhsullarının qiyməti bahalaşıb
17:02 04 May 2018
2018-ci ilin yanvar-aprel aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,5%, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,7%, qeyri-ərzaq mallarının qiymətləri 4,1%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,8% bahalaşıb.
Femida.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin aprel ayında mart ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,5% ucuzlaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.
Ay ərzində düyünün, unun, manna və qarabaşaq yarmasının, mal və qoyun ətinin, kolbasa məmulatlarının, yumurtanın, kərə yağının, limonun, bananın, pomidorun, xiyarın, badımcanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, kartofun, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma, zeytun və qarğıdalı yağlarının, portağalın, almanın, armudun, göyərtinin, soğanın, qəhvə və çayın qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Femida.az
Oxunub: 1363
Oxşar xəbərlər
- Britaniya kəşfiyyatı: "Xersonda ərzaq qıtlığı əhalinin kütləvi köçünə səbəb olacaq"
- Ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib
- DYP rayonlardan paytaxta ərzaq daşıyan sürücülərə müraciət edib
- "Azərbaycanda ərzaq qıtlığı yoxdur və gözlənilmir" - AÇIQLAMA
- Baş Nazir: "Azərbaycanda ərzaq məhsulları üzrə ehtiyatlar yaradılır"
- Kiyevdə ərzaq mağazalarında uzun növbələr yaranıb, banklar bağlanıb
- Hökumət ərzaq məhsulları ilə təminat sahəsində əsas prinsipləri açıqlayıb
- Nazirlər Kabinetində ərzaq təhlükəsizliyi, qiymət artımına həsr olunmuş müşavirə keçirilib
- Şəmkirdə ərzaq mağazasında istifadə müddəti bitən məhsullar aşkarlanıb
- Pandemiya ərzaqlıq buğdanın qiymətinin artımına səbəb olub