İşğalçılar Qarabağ meşələrini “biçir”


17:10     04 May 2018 agac2.JPG

İşğal altındakı Dağlıq Qarabağ ərazilərində Azərbaycanın iki təbiət qoruğu var.


Femida.az-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Söhrab Abbasov deyib.
Onun sözlərinə görə, həmin qoruqlar Bəsutçay və Qaragöl qoruqlarıdır: "Qoruqlar 109 və 300 hektar əraziyə malikdir. Bəsutçay qoruğunda əsasən Xan çinarı ağaclarıdır".

S. Abbasov bildirib ki, bundan başqa, Dağlıq Qarabağda 260 min hektar meşə, Qazax, Goranboy, və Füzuli rayonlarının işğal altındakı ərazilərdə 4 min hektar meşə sahəsi qalıb: "Həmin meşələr ermənilər tərəfindən məhv edilir. Bu, Ermənistanda mebel sənayesinin inkişaf etməsindən bəllidir. Ermənistanın öz ərazilərinə qalsa, onların 1 stul düzəltməyə yararlı meşə ağacları yoxdur".

Departament direktoru qeyd edib ki, Qazax və Goranboyda 3374 hektar dövlət meşə fondu torpaqları işğal altındadır.

Femida.az

Açar sözlər: #Qarabağ   #Meşə   #Ağac  

Oxunub: 1163