"İnsan alveri terrora bərabər tutulmalıdır" - Siyavuş Novruzov
17:55 04 May 2018
Əgər hər hansı ölkədə ictimai-siyasi sabitlik poxulubsa, orada insan alveri, narkotik dövriyyəsi, uşaqların əməyə cəlb olunması baş alıb gedəcək, qanunvericiliyin pozulması nəticəsində bu hallar daha da artacaq. Azərbaycan bu məsələlərə görə nümunəvi ölkələrdəndir.
Femida.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyasvuş Novruzov parlamentin iclasında çıxış edərkən deyib.
O bildirib ki, bu gün Avropa ölkələrində insan alveri ilə bağlı rəqəmlər Azərbaycanla müqayisədə qat-qat yüksəkdir: "Avropa ölkələrində insan alverinin qurbanları müxtəlif işlərə cəlb edilir, miqrantlar konslagerlərdə saxlanılırlar. Buna baxmayaraq, həmin ölkələr başqalarına demokratiya dərsi keçməyə çalışırlar. Həmin ölkələrdə vəziyyəti gördükdə deyə bilərik ki, Azərbaycanda insan alveri ilə mübarizə işi çox yaxşı qurulub".
S.Novruzov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlar, eləcə də Milli Məclis tərəfindən qəbul olunan qanunlar ölkəmizdə insan alverinin qarşısını alır:
"Ən ağır cinayətlərdən biri insan alveridir və terrora bərabər tutulmalıdır. Bu baxımdan düşünürəm ki, Azərbaycana gələn turistlər insan alveri ilə bağlı addımlara əl atdıqda, ölkəmizin qanunları qarşısında cavab verməlidirlər".
Femida.az
Oxunub: 1004
Oxşar xəbərlər
- İnsandan 8 kq ət qoparan silah - NSV Bakıdadır - VİDEO
- İnsan alveri qurbanları ilə bağlı idarələrarası komissiyanın tərkibi genişləndirilib
- İnsan ildə neçə dəfə koronavirusa yoluxa bilər? – Həkimdən cavab
- İnsan alveri ilə mübarizəyə dair illik məruzə qəbul edildi
- İnsan alveri ilə məşğul olan 3 cinayətkar qrup zərərsizləşdirilib - Nazir müavini
- İnsan alveri ilə bağlı 3 cinayətkar qrup zərərsizləşdirilib
- İnsanları "qaziyəm" deyərək aldadan şəxs saxlanıdı - VİDEO
- İnsan alveri qurbanlarının sosial müdafiəsi gücləndiriləcək
- İnsan alverinə qarşı mübarizəyə dair hesabat parlamentdə müzakirə olunub
- İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinator parlamentdə çıxış edəcək