Mənzildən kişi meyiti tapıldı - Bakıda


18:23     04 May 2018 meyit%20(3).jpg

Bakıda mənzildə meyit tapılıb.


Femida.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1941-ci il təvəllüdlü Quliyev Telman Alı oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər: #Meyit   #Bakı   #Ev  

Oxunub: 1075