Bakı nefti yenidən bahalaşdı


15:54     05 May 2018 azrbaycan-nefti-24.jpg

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,99 dollar və yaxud 1,33% artıb.


Femida.az xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 75,22 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Femida.az

Açar sözlər: #Azeri   #neft   #Bahalaşma  

Oxunub: 1275