Elm bunu da tapdı - Ölmüş insanların beyni bərpa ediləcək
18:41 06 May 2018
Bioquark şirkəti ölmüş insanların beyinlərinin dirildilməsi üzrə təcrübələrə başlayacağını bildirib.
Şirkət bu il maraqlı layihənin sınaqlarını həyata keçirməyi planlaşdırır. Sınaqlar üçün şirkət vəfat etmiş 20 insan bədənindən istifadə etməyə hazırlaşır. Əvvəlcə onlar cəsədlərin gövdəsindən inyeksiyalar alıb, daha sonra xüsusi hazırlanmış zülal qarışığını onurğa beyinə yeridəcəklər. Bu maddə beyində yeni neyronların oyanmasına təsir edəcək. 15 gün ərzində müşahidə aparan həkimlər lazer terapiyası ilə neyronlar arasında əlaqə yaratmağa çalışacaq. Daha sonra tədqiqatçılar insan beynində baş verən ən xırda dəyişikləri belə qeyd edəcəklər.
İrəli sürülən iddialar insanlarda saysız cavabsız suallar yaradır. Məsələn, ölmüş insan beynini eksperimentə cavab verəcəyi təqdirdə nə baş verəcək? Ümumiyyətlə, ölmüş insanlardan bu eksperimentin aparılması üçün necə razılıq alınacaq? Bütün bunlar şübhəlidir. Şübhəli olan yalnız sınağın nəticələri deyil, bu həm də qeyri-etik eksperiment sayılır.
Sınaqlarda istifadə ediləcək orta beynin əsəb stimulyasiyası komaya düşən xəstələrin müalicəsində belə kifayət qədər məhdud nəticələr göstərir. Eyni zamanda, ölmüş beynin funksiyalarının bərpa olmasına dair heç bir ehtimal belə yoxdur.
Bioquark şirkətinin mütəxəssisləri isə keçirəcəkləri eksperimentə optimist yanaşaraq, uğur əldə edəcəklərinə inanırlar. Onlar hesab edirlər ki, müvəffəqiyyət qazanmaq üçün şansları çoxdur./Publika.az
Femida.az
Oxunub: 2003
Oxşar xəbərlər
- Azərbaycan dünyada koronavirusla mübarizədə ön sıralarda qərarlaşıb
- ABŞ dünya ictimaiyyətini meymunçiçəyi ilə mübarizə aparmağa çağırır
- ÜST: Dünyada meymunçiçəyinə yoluxma artır
- ABŞ-da gənc basketbolçu dünya çempionu ölüb
- Dünyada koronavirus qurbanlarının sayı 6 milyon nəfəri ötüb
- Əli Əsədov Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru ilə görüşüb
- Dünyada koronavirusa yoluxanların sayı 540 milyonu ötüb
- Dünyanın pandemiya baxımından ən təhlükəli ölkələri məlum olub
- Dünyada pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
- Bayden dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib