Ölən 6 pambıqçı qadının adı məlum oldu - FOTOLAR (Yeniləndi)


15:20     07 May 2018 2018/05/648468_000_6102710664.jpg

Sabirabadda traktorun qoşqusunun su kollektoruna aşması nəticəsində ölən 6 nəfərin adları məlum olub.

Femida.az-ın xəbərinə görə, ölənlər Bağırova Elnarə İbrahiməjdər qızı, onun qızları Bağırova Fatimə Teymur qızı, Bağırova Zəhra Teymur qızı, onların qohumları İmanova Məlahət Mehbalı qızı, Qasımova Xəyalə Əbülhəsən qızı, Qasımova Günay Tofiq qızıdır.

Onlar ana, iki qızı və yaxın qohumlardır.

***

Sabirabadda traktorun qoşqusunun su kollektoruna aşması nəticəsində 5 nəfərin boğularaq öldüyü bildirilir.

Femida.az APA-ya istinadən xəbər verir ki, ölənlərin hamısı qadındır. İlkin məlumatda onlardan 3-nün bir ailənin üzvü olduğu deyilir.

Hadisə nəticəsində daha bir neçə nəfər xəsarət alıb.

***

Sabirabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.

Femida.az APA-ya istinadən xəbər verir ki, Şəhriyar kəndində traktorun qoşqusunun aşması nəticəsində 6 nəfərin öldüyü bildirilir. Daha bir neçə nəfər xəsarət alıb.

İlkin ehtimala görə, ölənlərin hamısı pambıq tarlasına işləməyə gedən qadınlardır.


***

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

İlkin məlumata əsasən, Şəhriyar kəndində baş verən qəzada 6 nəfər ölüb.

Məlumat yenilənəcək.









Femida.az

Açar sözlər: #Sabirabad   #qəza   #faciə   #ölüm  

Oxunub: 15409