Ağsaqqallar Şurasının rəhbərliyi Fəxri Xiyabanı ziyarət edib


14:43     07 May 2018 2018/05/agsaqqallar-shurasi-ziyaret-07052018_1525675694.jpg

Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov və Şura üzvləri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Fəxri xiyabanı ziyarət ediblər.



Femida.az-ın xəbərinə görə, onlar Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarları üzərinə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər.

F. Heydərov jurnalistlərə açıqlamasında bildirib ki, Heydər Əliyev hələ keçmiş SSRİ dövründə Azərbaycanı dünyaya tanıdıb, Azərbaycan dili dövlət dili kimi Konstitusiyada yer alıb.

O, Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu olduğunu da qeyd edib: "Bu yolu bu gün prezident İlham Əliyev də uğurla davam etdirir".

Femida.az

Açar sözlər: #Heydər-Əliyev   #Zərifə-Əliyeva  

Oxunub: 1626