DİM: Sınaq imtahanlarının nəticələri 2 həftəyə açıqlanacaq


19:32     07 May 2018 tqdk%20sinaq%20imtahan%20neticelerin%20femida7.jpg


Dövlət İmtahan Mərkəzi (DİM) 10-cu sinif şagirdləri üçün keçirilən sınaq imtahanında istifadə edilən sual kitabçaları və test tapşırıqlarının doğru cavab etalonlarını açıqlayıb.

Femida.az xəbər verir ki, doğru cavab etalonları ilə DİM-in saytında tanış olmaq mümkündür.

İmtahan nəticələrinin isə yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Sınaq imtahanlarında istifadə olunmuş sual kitabçalarının elektron versiyasını DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı " “Sual kitabçaları” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür.

Xatırladaq ki, yaxın günlərdə abituriyentlər həmçinin müəllimlər, ekspertlər, valideynlər sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.

Femida.az

Açar sözlər: #sınaq   #imtahan   #DİM  

Oxunub: 1360