Rusiya Qarabağın bir hissəsini qaytarır - İDDİA


04:04     25 Sentyabr 2015 0,,17844466_403,00.jpg

Avropa parlamentinin tənqidi qətnaməsi ilə təhqir olunmuş rəsmi Bakı Aİ-ni "Şərq tərəfdaşlığı" proqramından çıxmaqla hədələyir. Azərbaycanın Avropa İttifaqından uzaqlaşması Rusiyaya faydalıdır.


Kreml yaranmış diplomatik boşluğu doldurmağa hazırlığını nümayiş etdirib, axı bu ona dərhal iki xarici siyasət məqsədinə nail olmağa imkan verəcək.

Femida.az xəbər verir ki, bu barədə Deutche Welle yazıb.

Dərginin məlumatına görə, bu məqsədlərdən biri tərəflərin "Krım presedentindən" öz xeyrinə istifadə etməkdə maraqlı olduqları üçün dondurulmuş vəziyyətdən çıxmaq təhlükəsi ilə üzləşmiş Qarabağ münaqişəsinin "qızışmasına" yol verməməkdir:

"Bakı və İrəvan Krımın Rusiya tərəfindən ilhaqını müxtəlif şəkildə şərh ediblər. İrəvanda Qarabağın Azərbaycanın işğal olunmuş rayonları ilə birgə hazırkı sərhədləri çərçivəsində tanınması imkanı barədə danışırlar. Bakıda isə Krımda öz keçmiş ərazilərinin silah yolu ilə qaytarılması presedentini görüblər.

Azərbaycanın ictimai rəyi, yerli mətbuatı təhlil edərsək bu fikrə gəlmək olar, "kiçik qalibiyyət müharibəsinə" hazırdır.

Hər gün sovet dövrünün heç bir inzibati sərhədləri ilə üst-üstə düşməyən və yalnız atəşkəs bağlanıldığı məqamda tərəflərin hərbi vəziyyətini əks etdirən təmas xəttində hər gün yüzədək atışma olur.

Lakin Qafqazda genişmiqyaslı müharibə bu gün Moskvanın maraqlarına cavab vermir. Kremlin Ermənistan və Azərbaycanda kəskin artan diplomatik fəallığı məhz bununla izah olunur.

Moskvanın ikinci məqsədi Azərbaycanın ərazisi və hava məkanından Suriyaya tranzitə (belə bir tələbat yaranarsa) zəmanət verməkdir. Suriya əməliyyatı tədricən Rusiyanın əsas hərbi-siyasi kozırlarından birinə çevrilir və onu maksimal dərəcədə iflasa uğramaqdan qorumaq lazımdır.

Buna görə də, Kreml Azərbaycanın Avropa İttifaqı ilə mübahisəsindən mümkün qədər aktiv istifadə etməklə, Bakını öz təsir dairəsinə qaytarmağa ümid bəsləyir. Qarabağ münaqişəsinin dinc nizamlanması planının təklif olunması və qismən icrası Rusiya üçün bu işdə ideal alətdir.

Rusiya Ermənistan prezidenti Serj Sarkisyanın sentyabrın ortalarında Moskvaya səfəri zamanı ona hansı kompromiss həll variantını təklif edə bilərdi? Böyük ehtimalla, son illər resept o qədər də çox dəyiməyib. Söhbət "Qarabağ tərəfinin işğal etdiyi" Azərbaycan rayonlarının qaytarılmasından gedir. Lakin hamısının yox, yalnız beşinin, özü də tədricən. İki rayonu isə Ermənistan daha ciddi zəmanət olmadan qaytarmaqdan imtina edəcək, çünki bu rayonlar Ermənistan və qondarma Dağlıq Qarabağ arasında bir "körpüdür".

Bəs əvəzində nə olacaq? Birbaşa və dolayısı kompensasiya, Rusiyadan yeni hərbi zəmanətlər. Ola bilsin, bir variant kimi, təkcə Ermənistan deyil, Azərbaycanda da Rusiya bazalarının yaradılması ilə əlaqədar çətin bir sxemin həyata keçirilməsi - məsələn, Suriyaya yüklərin daşınması üçün tranzit məntəqə şəklində. Moskvada hadisələrin belə inkişafından çox şad olardılar, çünki bu, bütün Cənubi Qafqazı onun nəzarətinə keçirməklə yanaşı, həm də onu Suriya əməliyyatı üçün ideal bazaya çevirərdi. Digər tərəfdən, ABŞ tərəfindən sərt müqavimətlə qarşılaşmamaq üçün Azərbaycanda baza yaradılmasını yalnız bu bəhanə altında təklif etmək olardı.

Kreml üçün bu plan demək olar ki, ideal bir həll olardı. Qarabağda münaqişə yenidən dondurulur, lakin həll olunmur, regionda iştirak güclənir, Ermənistana da, Azərbaycana da təsir imkanları artır.

Bu sxemdə minus tapmaq isə demək olar ki, mümkün deyil. O, həm torpaqların bir hissəsindən imtinanı izah etməli olacaq Ermənistan və Qarabağın hazırkı rəhbərliyi üçün də, Azərbaycan prezidenti İlham Əliyev üçün də problemlər yaradacaq. Kreml isə yalnız qazanan tərəf olacaq", - deyə, DW yazır.

Açar sözlər:

Oxunub: 1089