Respublikaçı deputatlar Paşinyanın tərəfinə keçdi - Ermənistanda


01:22     08 May 2018 2018/04/pasinyan_1523960945.jpg

Ermənistanın hakim Respublikaçı Partiyası (ERP) müxalifət lideri Nikol Paşinyanın baş nazir seçilməsini təmin edəcək. Bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin vitse-spikeri, ERP-in icra orqanının üzvü Eduard Şarmazanov bildirib.

"Biz irəli sürülən namizədin, hazırkı halda Paşinyanın lazımi səslər yığmasına kömək edəcəyik. Partiya və fraksiyanın qərarı ilə bizim deputatlar ona səs verəcəklər", — deyə Şarmazanov vurğulayıb.

O, neçə deputatın müxalifətçiyə səs verəcəyini açıqlamayıb.

Qeyd edək ki, mayın 8-i Ermənistan parlamentində ölkənin baş naziri seçiləcək. Baş nazir postuna yalnız müxalifət lideri Nikol Paşinyanın namizədliyi irəli sürülüb.

Xatırladaq ki, Ermənistanın baş naziri Serj Sarqsyan aprelin 23-də uzun müddət davam edən etiraz aksiyalarından sonra istefa verməyə məcbur olub. Mayın birində isə Ermənistan parlamentinin yeni baş nazirin seçilməsi ilə bağlı xüsusi iclası keçirilib.

Ermənistan parlamenti Nikol Paşinyanın baş nazir postuna namizədliyini dəstəkləməyib. Paşinyanın lehinə cəmi 45 deputat səs verib. Onun Ermənistanın baş naziri seçilməsi üçün 53 səs tələb olunub. Səsvermədə baş nazir seçilə bilməyən müxalifət lideri Nikol Paşinyan ölkədə ümummilli tətil elan edib./sputnik

Femida.az

Açar sözlər: #paşinyan   #Ermənistan   #siyasət  

Oxunub: 969