Ağstafada ağır qəza: 15 yaralı var (SİYAHI)


15:23     08 May 2018 1359952125_qeza-avariya-main.jpg

Ağstafa rayonunda mikroavtobusla minik avtomobili toqquşub, yaralılar var.

Hadisə rayonun Dağkəsəmən kəndində baş verib. "QAZel" markalı mikroavtobusla "Opel" markalı minik avtomobilinin toqquşması nəticəsində 15 nəfər yaralanıb. Onların 10 nəfəri Ağstafa Rayon Mərkəzi Xəstəxanasına, 2 nəfər isə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı yaralananlardan üç nəfərin adı məlum olub. Hadisə zamanı Qafarov Şahin Şaddədin oğlu (65 yaş), Kərimov Tahir Muğdat oğlu (35 yaş), Şıxməmmədov Eldar Əli oğlu (20 yaş) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən yaralıların hər ikisinin tələbə olduğu və onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.(Report)

Femida.az

Açar sözlər: #Opel   #Qəza   #Ağstafa   #Diaqnostika   #Xəstəxana  

Oxunub: 702