Uşaq evindən “yük” daşıyan baş həkim işdən çıxarıldı


15:45     08 May 2018 2018/05/nehayet_1525765794.jpg

Bakının Nəsimi rayonunda yerləşən 1 saylı Körpələr Evi ətrafında yaranan qalmaqaldan sonra müsəssisənin baş həkimi Nəhayət Əliyeva işindən kənarlaşdırılıb.


Femida.az xəbər verir ki, bu barədə yayılan məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib.

Onun sözlərinə görə, araşdırma aparılır: “Onun səlahiyyətlərini müvəqqəti olaraq müavini icra edir. Bir müddət əvvəl açıqlama vermişdik, amma yenidən araşdırırıq. Bu, elə məsələdir ki, özbaşına buraxmırıq”.

Qeyd edək ki, bir müddət əvvəl müğənni Rəqsanənin qızı Aysun video paylaşaraq, 1 saylı Körpələr Evindən oğurluq edildiyini iddia etmişdi. Videoda körpələr evinin işçilərinin valideyn himayəsindən məhrum olan uşaqların qaldığı binanın girişindən böyük torbaları "Prado" markalı maşına daşıdığı əks olunurdu.

Femida.az

Açar sözlər: #Səhiyyə   #Baş-həkim   #Nazirlik   #Müvəqqəti  

Oxunub: 4347