Orta aylıq əmək haqqı 745 manata çatıb - Bakıda


16:43     08 May 2018 bankomat-pensiya-pul-maash.jpg

2018-ci ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 1,1 faiz artaraq 745,7 manat olub.

Bakı Statistika İdarəsindən Femida.az-a verilən məlumata görə, ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əmək haqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Femida.az

Açar sözlər:

Oxunub: 1019