Ermənistan-Azərbaycan sərhədində 6 əcnəbi saxlanılıb? - Açıqlama


17:24     08 May 2018 2018/02/Mudafie_Yeni1_1518079052.jpg

Ermənistan-Azərbaycan sərhədini keçməyə cəhd edən 6 əcnəbi saxlanılıb.


Femida.az-ın məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan özünün “Facebook” səhifəsində yazıb.

Sərhədi keçməyə cəhd edən əcnəbilərin erməni hərbçiləri tərəfindən saxlanıldığı bildirilir. Hadisə ötən gecə baş verib.

Məsələ ilə bağlı sorğuya cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən Femida.az-a bildiriblər ki, onlarda belə bir məlumat yoxdur.

Femida.az

Açar sözlər: #Müdafiə-Nazirliyi   #Ermənistan-Azərbaycan  

Oxunub: 800