Keçmiş məhkum, saqqallı baş nazir -Paşinyanın qaranlıqla dolu dosyesi


02:00     09 May 2018 18_05_08_1525802484.jpg

Ermənistanın müxalifət lideri Nikol Paşinyan, nəhayət, arzusuna çatdı. O, kütləvi etirazlara rəhbərlik edərək qatil Sarkisyan rejimini devirdi və ölkənin baş naziri postuna sahib çıxdı. Bununla da Sarkisyan rejimi tarixə qovuşdu. Artıq Ermənistanın rəhbərliyi keçmiş məhkum Paşinyanın əlindədir.


Onun necə siyasət yürüdəcəyi, hansı addımlar atacağını indidən demək çətindir. Qarabağ danışıqlarında İrəvanın ənənəvi siyasi kursunu davam etdirib-etdirməyəcəyi də sual altındadır. Bir sözlə, Paşinyanın hakimiyyətə gəlişi kimi, fəaliyyəti də sirr kimidir.

Ermənistanın yeni baş nazirinin tərcümeyi-halına nəzər salaq:

Nikol Vova oğlu Paşinyan 1975-ci il iyunun 1-də İcevanda anadan olub. 1991-də İrəvan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Amma siyasi baxışlarına görə son kursda universitetdən qovulub. Paşinyan siyasi fəaliyyətlə yanaşı, həm də jurnalist kimi özünü sınayıb.

Belə ki, o, 1990-cı illərin ortalarından Ermənistanın müxtəlf KİV-lərində işləyib.

(1993-1994) – “Dprutyun” qəzetinin müxbiri

(1994-1997) – “Lragir”, “Lragir-or”, “Molorak” qəzetlərinin müxbiri

(1995-1997) – “Molorak” qəzetinin əlavəsi “Em-Es-e”-nin redaktoru

( 1998-1999) – “Oragir” qəzetinin təsisçisi və baş redaktoru

1999-dan isə “Aykakan jamanak” (“Ermənistan zamanı”) qəzetinin baş redaktoru olub.



Paşinyan keçmiş prezident və Serj Sarkisyanın yaxın müttəfiqi olan Robert Koçaryanın tənqidçilərindən olub. O, "Oragir" qəzetindəki məqalələrinə görə, 1999-cu ildə cinayət və hərbi istintaqa cəlb edilib.

Həmçinin Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan tərəfdarlarının prezidentə qarşı təşkil etdiyi etirazlara qatılıb. Etirazlardan sonra Paşinyan axtarışa verilib. O, bir il dörd ay ərzində hüquq-mühafizə orqanlarından gizlənib. 2009-cu ilin iyulunda həbsə alınıb. Paşinyan kütləvi iğtişaşların təşkilində ittiham ediərək 2010-cu ilin yanvarında yeddi il müddətində həbs olunub. 2011-in yanvarında isə əfvə düşərək azadlığa buraxılıb.

Azadlığa çıxan Paşinyan 2012-ci və 2017-ci illərdə millət vəkili seçilib. 2016-cı ildən “Yelk” partiyasının üzvüdür. O, deputat fəaliyyəti dövründə Sarkisyan hakimiyyətinin tənqidçisi olub.

Paşinyan evlidir, üç övladı var.

Açar sözlər: #eRMƏNİSTAN   #pAŞİNYAN   #nAZİR    

Oxunub: 1418