Göz xəstələrinin nəzərinə - Rayonlara səyyar klinika gəlir


14:20     09 May 2018 2018/05/456a0625-b6a8-4afd-aa2a-e94ac3b6de2c_4577540436.jpg


Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb. Azərbaycanda ilk dəfə həyata keçirilən tədbir Astarada reallaşdırılacaq. Tədbir Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunub.

Mayın 8-dən 12-ə kimi davam edəcək tədbirdə məqsəd operativ şəkildə astaralı pasientləri müayinə-müaəlicə, hətta cərrahi əməliyyat etməkdir. Ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasientlər isə Milli Oftalmologiya Mərkəzinə aparılacaq.

İlk dəfə olaraq Astaradan başlayan bu humanitar aksiya ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan sərhədi ərazisində fəaliyyət göstərəcək. Səhiyyə Nazirliyinin dəstəyi ilə yüksək ixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan Səyyar Qatarın uzunluğu 25, eni 3 metrdir. Qatarda yerləşən Dəmiryolu Səyyar klinikası müasir oftalmolojı avadanlıqlarla təciz olunub və tam avtonom (elektrik, su, havalandırma və kondisioner sistemləri) vaqondur. Səyyar Klinika eyni zamanda üç hissədən-texniki hissə, oftalmolojı müayinə bloku və cərrahiyyə blokundan ibarətdir. Burda yüksək dərəcədə steril olan cərrahi otaq, geniş imkanlara malik müasir diaqnostik və cərrahi avadanlıq, o cümlədən fakoemulsifikasiya, mikroskop üsullarla əməliyyatların aparılması üçün xüsusi aparaturalar var.

Bir gün ərzində klinikanın həkim və orta tibb briqadası (6 həkim, 2 tibb bacısı, 2 rezident, 1 qeydiyyatçı və 1 mühəndis) vaqonda 300-dən çox müayinə-müalicə və 30 əməliyyat edə bilər. Bütün avadanlıqlar ABŞ, Almaniya, Yaponiya İtaliya kimi ölkələrdən olan şirkətlərə məxsusdur.

2005-ci ildən mərkəzin Səyyar Klinikası mütamadi olaraq respublikasının müxtəlif regionlarında pasientlərə xidmət göstərir. Bu günə qədər yerlərdə 2 mindən çox əməliyyat və 30 minə yaxın müayinə və müalicə aparılıb.









Femida.az


Açar sözlər: #oftalmologiya   #göz   #səhiyyə   ##Astara   #səyyar_klinika  

Oxunub: 1234