Diasporla İş üzrə Dövlət Komitəsində kadr dəyişiklikləri olacaq
15:05 09 May 2018
"Cənab prezident diaspora işi ilə bağlı çox ciddi tapşırıqlar verib. Mütləq qaydada kadr dəyişiklikləri olacaq".
Femida.az-ın APA-ya istinadən məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.
O bildirib ki, bu istiqamətdə ciddi işlər aparılır:
"Çalışırıq ki, komitənin işində yeni istiqamətlər olsun. Diaspor işi tək xaricdə yaşayan azərbaycalılarla deyil, həm də Azərbaycanda yaşayan xaricilərlə bağlı olmalıdır. Bu sahədə ikitərəfli istiqamətlər olmalıdır. Kadrlar müasir tələblərə cavab verməli, müxtəlif dilləri bilməlidirlər. Çünki bu gün bizim soydaşlarımız yüzdən çox ölkədə məskunlaşıb. Bəlkə də bəzilərimiz bunu düşünmürdük. Elə bir guşə yoxdur ki, azərbaycanlılar orada olmasın. Bizim şüar ondan ibarətdir ki, vətən uzaqda deyil. Çalışmalıyıq ki, bura vətəndaşlarımızı cəlb edək. Onların içində elm adamları, biznesmenlər var. Bu, Azərbaycan üçün çox vacibdir. Şübhəsiz ki, verilən tapşırıqlar yerinə yetiriləcək. Kim yeni tələblərə uyğun olaraq yeni yanaşmaları qəbul edəcəksə, onlar hamısı işlərinə davam edəcəklər".
Femida.az
Oxunub: 823
Oxşar xəbərlər
- "Ermənistan diasporu Azərbaycana qarşı revanş siyasəti yürüdür" - Hikmət Hacıyev
- Ukrayna Ermənistana və erməni diasporuna sanksiyalar tətbiq edə bilər
- Diaspor Komitəsinin şöbə müdiri işdən çıxarılıb, mətbuat katibinə yeni vəzifə verilib
- Azərbaycan diaspor nümayəndələri Şuşaya yola düşüb
- Cavanşir Feyziyev: "AP üzvlərinin bəyanatı erməni diasporunun Avropa ofisində hazırlanıb"
- Türkiyənin Azərbaycandakı səfiri Diaspor Komitəsində olub
- Diaspor nümayəndələri Cıdır düzündə Azərbaycan bayrağını dalğalandırıblar
- Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatları Şuşa Bəyannaməsi ilə bağlı müraciət yayıb
- 92 nəfər “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub
- Diaspor Komitəsi Polşada ölən azərbaycanlı barədə açıqlama yaydı