“Heç bir vəkilliyə namizəd təlimdən uzaqlaşdırılmayıb” - Sədrdən AÇIQLAMA
16:54 09 May 2018
Vəkillər Kollegiyasının keçirdiyi yazılı və şifahi imtahanlardan keçən namizədlər Ədliyyə Nazirliyində təlimə cəlb olunur. Lakin son günlər bəzi məlumatlar yayılıb ki, Kollegiya təlimlərə cəlb olunan namizədlərin də bir neçəsini prosesdən uzaqlaşdırıb.
Məsələnin nə dərəcədə həqiqətə uyğun olduğunu aydınlaşdırmaq üçün Vəkillər Kolegiyasını sədri Anar Bağırovla əlaqə saxladıq. Sədrin Femida.az-a açıqlamasına görə bu xəbərlər şayədir, kollegiya heç bir vəkilliyə namizədi təlimdən uzaqlaşdırmayıb:
“Təlimlərə cəlb edilən namizədlərin uzaqlaşdırılması qətiyyən mümkün deyil. Heç kəs təlimə qədər bütün mərhələri keçibsə, təlimdən uzaqlaşdırılmır. Sadəcə, bəzi namizədlər üzürlü səbəbdən - səhətləri ilə əlaqədar, tədrisləri ilə bağlı və s. Kollegiyaya müraciət edib, təlimin vaxtını təxirə salırlar. Biz bunu nəzərə alırıq. Bu, könüllülük əsasında olur. Kimsə müraciət edirsə, Vəkillər Kollegiyasının İxtisas Komisiyyası, Rəyasət Heyəti bu müraciətlərə hörmətlə yanaşaraq güzəştə gedir”.
Miri Məcidli
Foto: Elvin Abdulla
Femida.az
Oxunub: 9198
Oxşar xəbərlər
- Femida.az saytının əməkdaşı koronavirusdan vəfat edib
- Azərbaycanda vəkillərin sayı 2 mini ötdü
- Polisin ittiham etdiyi həkimlərə məhkəmə bəraət verdi
- “Sahibkarlıq və hüquqi yardım” mövzusunda onlayn dəyirmi masa keçirilib
- Ədliyyə və məhkəmə islahatlarının sahibkarların hüquqlarına təsirləri ilə bağlı videokonfrans keçirilib
- Konstitusiya Məhkəməsi kimlərin məcburi pay hüququna malik olduğunu şərh etdi
- Bir sıra məhkəmələrə hakimlər təyin olunub - SİYAHI
- Suqovuşanın azad olunmasında öndə gedən, pusqudan çıxıb düşmənin iki qrupunu məhv edən kapitan - FOTOLAR
- Bu şəxslər vəkil olmaq üçün növbəti mərhələyə keçdi - ADLAR
- Məhkəmə sədrinə töhmət verildi - 4 hakimin işinə baxılacaq