“Heç bir vəkilliyə namizəd təlimdən uzaqlaşdırılmayıb” - Sədrdən AÇIQLAMA


16:54     09 May 2018 2018/05/18_05_09_1525856689_1525857287.jpg


Vəkillər Kollegiyasının keçirdiyi yazılı və şifahi imtahanlardan keçən namizədlər Ədliyyə Nazirliyində təlimə cəlb olunur. Lakin son günlər bəzi məlumatlar yayılıb ki, Kollegiya təlimlərə cəlb olunan namizədlərin də bir neçəsini prosesdən uzaqlaşdırıb.

Məsələnin nə dərəcədə həqiqətə uyğun olduğunu aydınlaşdırmaq üçün Vəkillər Kolegiyasını sədri Anar Bağırovla əlaqə saxladıq. Sədrin Femida.az-a açıqlamasına görə bu xəbərlər şayədir, kollegiya heç bir vəkilliyə namizədi təlimdən uzaqlaşdırmayıb:

“Təlimlərə cəlb edilən namizədlərin uzaqlaşdırılması qətiyyən mümkün deyil. Heç kəs təlimə qədər bütün mərhələri keçibsə, təlimdən uzaqlaşdırılmır. Sadəcə, bəzi namizədlər üzürlü səbəbdən - səhətləri ilə əlaqədar, tədrisləri ilə bağlı və s. Kollegiyaya müraciət edib, təlimin vaxtını təxirə salırlar. Biz bunu nəzərə alırıq. Bu, könüllülük əsasında olur. Kimsə müraciət edirsə, Vəkillər Kollegiyasının İxtisas Komisiyyası, Rəyasət Heyəti bu müraciətlərə hörmətlə yanaşaraq güzəştə gedir”.

Miri Məcidli

Foto: Elvin Abdulla

Femida.az

Açar sözlər: #femida   #sədr   #vəkil   #kollegiya   #Anar_Bağırov  

Oxunub: 9199