İmtahandan kəsilən hüquqşünasların nəzərinə - Təkrar imtahan ola bilər


17:00     09 May 2018 2018/05/anar-bag_1525856887.jpg

" Hazırda qüvvədə olan vəkillər və vəkillik haqqında qanun tələblərinə əsasən, ixtisas imtahanlarda uğur qazana bilməyən namizədlər yalnız 1 ildən sonra İxtisas Komisiyyasının qərarı ilə təkrar imtahan verə bilərlər. "


Bunu Femida.az-a açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Kollegiya sədri bildirib ki, hazırda bu məsələ üzərində təhlillər, araşdırmalar aparılır.

"Rəsayət Heyətinin mövqeyi ondan ibarətdir ki, test imtahanında uğur qazana bilməyən namizədlərə bəlkə də bu cür məhdudiyyətin şamil edilməsi məqsədə müvafiq deyil və ümid edir ki, yaxın günlərdə bununla bağlı Vəkillər Kollegiyasının təklifləri aidiyyatı qurumlar tərəfindən nəzarətdən keçiriləcək. Biz inanırıq ki, həmin məhdudiyyət aradan götürüləcək".

Bununla belə, A.Bağırov qeyd edib ki, may ayının sonuna qədər tədrisi uğurla keçmiş 100 nəfərin and içməsi təşkil edilə bilər:

"Bu planlarımız həyata keçərsə, mayın sonunadək Azərbaycanda vəkillərin sayı 1100 nəfəri keçəcək. Beləliklə keçən illə müqayisədə vəkillərin sayı 20 faiz çox olacaq".

Mircəlal Məcidli
Femida.az

Açar sözlər: #femida   #sədr   #vəkil   #kollegiya   #Anar_Bağırov  

Oxunub: 5996