Xanım sürücünün avtomobili vuruldu - MİNGƏÇEVİRDƏ


18:04     09 May 2018 1359952125_qeza-avariya-main.jpg

Gecə saatlarında Mingəçevir şəhərində xəsarətlə nəticələnən yol qəzası olub.



Femida.az xəbər verir ki, VAZ-21011” markalı avtomobil Heydər Əliyev prospektinin Ş.İ.Xətai küçəsi ilə kəsişməsində yerləşən işıqfor ərazisində "Mitsubishi Pajero" ilə toqquşub.

Nəticədə avtomobillərdən biri 1977-ci il təvəllüdlü Ağayeva Subər Əbülfət qızı başından ciddi xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Sürücülər yüngül xəsarət alıblar.

Femida.az

Açar sözlər: Mingəçevir   Qəza   Prospekt  

Oxunub: 614