Belçikada zavodda partlayış olub


19:25     09 May 2018 partlayis%20yangin.jpg

Belçikanın Şatl şəhərində yerləşən metallurgiya zavodunda partlayış olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, partlayış zavodun qaz anbarında yanğının baş verməsi nəticəsində baş verib.

Hadisə zamanı zavodda 600 işçi olub. Onlardan ən azı 3 nəfərin yaralandığı xəbər verilir. İşçilər təcili evakuasiya edilib.

Təhlükəsizlik məqsədilə yaxınlıqda yerləşən dəmiryolu stansiyasının işçiləri və sərnişinlər də təxliyə edilib.

Artıq alovun söndürüldüyü bildirilir.

Femida.az

Açar sözlər: #Belçika   #zavod   #partlayış  

Oxunub: 716