Şimali Koreya ABŞ vətəndaşlarını azad edib


00:43     10 May 2018 2018/05/1525874599_1525878333.jpg

Bu gün Şimali Koreyada həbsdə saxlanılan 3 ABŞ vətəndaşı sərbəst buraxılıb.

Bu haqda ABŞ prezidenti Donald Tramp şəxsi Tvitter hesabında məlumat verib. D. Tramp 3 amerikalının azad edildiyini və onların bu gün Şimali Koreyaya səfər edən ABŞ dövlət katibi Mayk Pompeo ilə birlikdə ölkəyə qayıdacaqlarını açıqlayıb.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In ilə ABŞ prezidenti Donald Trampın may ayının sonu iyun ayının əvvələrində görüşəcəyi gözlənilir.

Femida.az

Açar sözlər: #Koreya   #ABŞ   #vətəndaş  

Oxunub: 994