Afrikada yeni Ebola virusu - Azı 17 ölü


01:23     10 May 2018 ebola-virusu-hizla-yayiliyor-6488065_8383_o.jpg

Demokratik Konqo Respublikasında yeni bir Ebola virusu başlayıb. Konqo Səhiyyə Nazirliyi 3 maya qədər 17 nəfərin Ebola səbəbilə öldüyünü müəyyən edib. Dünya Səhiyyə Təşkilatı da (WHO) yoxladıqları beş cəsədin ikisində Ebola virusunu aşkar etdiklərini açıqlayıb. WHO mətbuat katibi Tarik Jasareviç təşkilatın virusun mərkəzini tapmaq üçün fəaliyyət göstərdiyini söyləyib.

Qeyd edək ki, Ebola virusu son 40 ildir ki, xüsusən mərkəzi və qərbi Afrikada ən çox ölümə səbəb olan xəstəliklərdən sayılır. Xatırladaq ki, 2014-cü ildə qərbi Afrikada başlayan epidemiya 2016-cı ilə qədər nəzarət altına alına bilinməmişdi. Virusa görə 11 mindən çox insan həyatını itirmişdi.

Femida.az

Açar sözlər: Ebola   Konqo  

Oxunub: 798