Usta özünü qaynaq aparatı ilə yandırdı - Qobustanda bədbəxt hadisə


00:11     10 May 2018 xestexana_01254.jpg

Qobustan rayonunda soyuducu təmir edən şəxs özünü qaynaq aparatı ilə yandırıb.



Femida.az report.az-a istinadən bildirir ki, hadisə rayonun Təklə-Mirzəbaba kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, 1983- cü il təvəllüdlü İbrahim Bəxtiyar oğlu Gərgahov soyuducu təmir edərəkən qaynağ aparatı (avtogen) onun üz nahiyyəsini yandırıb. İ.Gərgahov təcili olaraq Şamaxı Rayon Mərkəzi xəstəxanasına gətirilib.

Xəstəxananın Cərrahiyyə şöbəsindən verilən məlumata görə İ.Gərgahov sifətin sol yarısı, sol qulağın 2-ci dərəcli termiki yanğı xəsarətləri ilə şöbəyə yerləşdirilib və vəziyyəti ağırdır.

Femida.az

Açar sözlər: #Qobustan   #Qaynaq   #Avtogen   #Soyuducu  

Oxunub: 1258